PSJ-nin 250 milyon tələbinə "Real"dan cavab gəldi

“Real Madrid” PSJ-nin Kilian Mbappe üçün tələbinə reaksiya verib.

Metbuat.az xəbər verir ki, PSJ “Real”dan Mbappe üçün 250 milyon avro tələb edib. PSJ bununla bağlı bəndi Mbappe ilə imzalamağa hazırlaşdığı yeni müqaviləyə daxil etmək istəyir.

“El Debate”ın məlumatına görə, “Real”ın nümayəndələri PSJ-nin bu tələbini gülüşlə qarşılayıb. İspaniya təmsilçisi Mbappe üçün bonuslarla birgə 175 milyon təklif edir.

Qeyd edək ki, PSJ klubu Kilian Mbappe ilə yeni müqavilə imzalamaq üçün razılığa gəldiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR