Putin rublla bağlı təlimat verdi

“Rusiya maliyyə bazarlarında artan dalğalanmaları azaltmaq iqtisadiyyatda səmərəsiz və spekulyativ tələbin qarşısını almaq, kapitalın xaricə axınına nəzarət etmək və onların davranışını izləmək üzərində işləməliyik”.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə deyib. O, Moskvada Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında bildirib ki, Rusiya rublu Rusiyanın ixracdakı payında artıb. Onun sözlərinə görə, xarici ticarətdə rubl və dost valyuta ilə daha çox ödəniş edilir. İxrac ödənişlərində rublun payı son 1,5 ildə 3 dəfədən çox artaraq 12 faizdən 42 faizə yüksəlib. Büdcə ilə bağlı vəziyyətin ümumilikdə stabilləşdiyini bildirən Putinin sözlərinə görə, federal büdcə kəsiri birinci rüblə müqayisədə 8 dəfə azalaraq 264 milyard rubl (təxminən 2,8 milyard dollar) təşkil edib.

Rusiya rublunun dollar və avro qarşısında son ucuzlaşmasına münasibət bildirən Putin bildirib ki, Rusiya bununla bağlı tədbirlər həyata keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR