İTV-yə müsahibə verən qız təhdid və təhqir olunur - FOTO

Qarabağda yaşayan bir qrup şəxs Ermənistana keçmək üçün, Həkəri körpüsünün yaxınlığında Azərbaycan keçid məntəqəsinə gəlib. Bu zaman İTV kanalının əməkdaşı Elen Arustamyan adlı erməni tələbəyə suallar ünvanlayıb. Tələbə qız jurnalistin “Sərhədi təhlükəsiz və maneəsiz keçirsiniz? Razısınızmı?" suallarına gülümsəyərək müsbət cavab verib və əlavə edib ki, hər şey normaldır.

Metbuat.az xəbər verir ki, erməni qızın bu cavabına görə, ermənilər onu tənqid və təhqir ediblər.

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi bildirib ki, sözügedən videonun sosial şəbəkələrdə yayılmasından sonra 17 yaşlı qız tənqid hədəfinə çevrilib. Sosial şəbəkələrin erməni seqmentində qızın ünvanına təhdid, təhqir və söyüşlər yazılıb.

Elen Arustamyanın ünvanına “axmaqlara təəccüblənməyin”, “əgər qorxursansa, boş-boş danışmaqdansa, susmaq daha yaxşıdır”, “Gənclər siyasi baxımdan cahildir”, “öküz, beyinsiz, nəyi yaxşıdır?” “Bu qız necə İrəvan universitetlərində təhsil ala bilər?”, “yum ağzını”, “təbrik edirəm, internet fenomenisən, bütün millət sənə lənət oxuyur” və s. şərhlər yazılıb.

Bir 4 nəfər və mətn şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı