BAXCP Çanaqqala savaşının 100-cü ildönümünü birgə qeyd etməyə çağırır

15:57 19 Yanvar 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 15:53 ]


Bakı - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

 

BAXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda 20 Yanvar faciəsinin 25-ci ildönümü müzakirə olunub, həmin tarixdə Azərbaycan xalqının milli iradə və müstəqil yaşamaq əzmi nümayiş etdirdiyini vurğulanıb.

 

İdarə Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ partiyanın 2007-ci ildən etibarən aprelin 24-də qeyd etdiyi Xilaskar Türk Əsgərinin Anım Günü ilə bağlı olub. BAXCP İdarə Heyəti Azərbaycan prezidentinin Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin dövlət başçısının Çanaqqala savaşının 100-cü ildönümünün aprelin 24-də keçiriləcəyi ilə bağlı səsləndirdiyi bəyanatı yüksək dəyərləndirib.

 

Qeyd edilib ki, BAXCP 2007-ci ildə başlatdığı ənənəsini bu il də davam etdirəcək və bu il aprelin 24-nü ənənəsinə uyğun olaraq Xilaskar Türk Əsgərinin Anım Günü, həm də Çanaqqala savaşının 100-cü ildönümü kimi qeyd edəcək.

 

BAXCP İdarə Heyəti hesab edir ki, aprelin 24-də ölkənin bütün siyasi qüvvələri, bütövlükdə ölkə ictimaiyyəti bir araya gəlməli, Çanaqqala savaşının 100-cü ildönümü və Xilaskar Türk Əsgərinin Anım Günü Azərbaycanda da geniş şəkildə qeyd olunmalıdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR