Rusiyanın “Proqres MS-24” yük gəmisi Qazaxıstanın Baykonur kosmodromundan “Soyuz-2.1a” daşıyıcı raketi ilə kosmosa buraxılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyi məlumat verib. Bildirilib ki, gəmi 1535 kiloqram avadanlıq, 500 kiloqram yanacaq, 420 litr içməli su, eksperimental qurğular, qida, geyim və tibbi ləvazimatlardan ibarət təxminən 2,5 ton yük daşıyır.
Qeyd edək ki, Rusiya bu il üçüncü “Progress MS” aparatını kosmosa buraxıb. Raketlər Baykonur kosmodromundan buraxılıb.