Çili millisinin oyunçusu Azərbaycan klubunda - İlin transferi

«Neftçi» növbəti transfer xəbərini açıqlamağa hazırlaşır.

Metbuat.az bildirir ki, "Sportinfo.az" bununla bağlı məlumat əldə edib. Məlumata görə, «ağ-qaralar» Dieqo Valdeslə anlaşıb.

Çilidən olan legioner artıq Bakıdadır və bu gün tibbi baxışdan keçəcək. 2015-ci ildən bəri ölkəsinin əsas yığmasına çağırılan yarımmüdafiəçi ötən müddət ərzində 25 oyuna çıxıb və 1 qol vurub.

29 yaşlı legioner orta sahənin bütün nöqtələrində oynaya bilmək kimi mühüm üstünlüyə malikdir.

2022-ci ildə Meksikada «Amerika»nın şərəfini qoruyan Dieqo daha öncə «Audax Italyano», «Moreliya» və «Santos Laquna»nın uğurları üçün tər töküb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR