Hindistanın kosmik gəmisi Ayın səthinə endi

Hindistanın “Çandrayaan-3” kosmik gəmisi Aya uğurlu eniş edib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb.

Qeyd olunub ki, Hindistan Aya kosmik gəmi endirən dördüncü ölkə oldu və həmçinin Ayın cənub qütbünə kosmik gəmi endirən ilk ölkədir.

Həmçinin əlavə edilib ki, BRİKS-in Yohannesburqdakı sammitində iştirak edən Hindistanın Baş naziri Narendra Modi aparatın Aya enməsinə videokörpü vasitəsilə baxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR