"O əslində sağdır, təyyarədə olan Priqojin isə..." - İLGİNC İDDİA

Böyük Britaniyada yerləşən “Chatham House” analitik mərkəzinin rusiyalı eksperti Keir Giles “Vaqner” muzdlularının lideri Yevgeni Priqojinlə bağlı iddia səsləndirib.

Metbuat.az xəbər verir ki, o Priqojinin öldüyü barədə fikir irəli sürərkən bəzi məsələlərə diqqət etmək lazım olduğunu deyib.

Eskpertin sözlərinə görə, buna qədər dəfələrlə Priqojinin harada olduğunu gizlətmək üçün müxtəlif şəxslərin adı Yevgeni Priqojin olaraq qeyd edilib. Bununla da, əsl Priqojinin harada olduğunu müəyyən etmək mümkün olmur. Ekspertə görə, təyyarədə həyatını itirən Yevgeni Priqojin adlı şəxs də “Vaqner”in lideri olmaya bilər.

Qeyd edək ki, Rusiyanın “Vaqner” muzdlu dəstəsinin lideri Yevgeni Priqojinin olduğu təyyarənin paytaxt Moskva yaxınlığında qəzaya uğradığı və təyyarədə olanların hamısının öldüyü qeydə alınıb.

Chatham House'un Rusya uzmanı Keir Giles


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR