Cəmil Məmmədli həbs edildi

Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli həbs edilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.

Bu gün keçirilən hazırlıq iclasında prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək həbs edilməsinin zəruri olduğunu deyib.

Məhkəmə vəsatəti əsaslı hesab edib.

Qərar əsasən C.Məmmədli barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR