“Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunacaq

Avqustun 28-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək.

Mədəniyyət Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, gecədə “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunacaq.

    Tədbirdə Gürcüstan Respublikasının Xalq artisti Avtandil Maxaradze, aktrisa Nino Qomarteli iştirak edəcək. "Oskar" mükafatı laureatı, məşhur kinorejissor Nikita Mixalkovun də yer aldığı təbrik videoçarx da təqdim olubacaq.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR