Çeçenistanda mitinqə 1 milyondan çox insan gəlib

Çeçenistanda mitinqə 1 milyondan çox insan gəlib
15:58 19 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Bu gün Çeçenistan paytaxtı Qroznının baş meydanına İslam dəyərlərinə dəstək məqsədilə bir milyondan artıq insan çıxıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti hökumətin nümayəndəsinə istinadən məlumat yayıb.

Agentliyin müsahibi bildirib: "Respublika Daxili İşlər Nazirliyi rəhbərinin məlumatına görə, aksiyada, gözlənildiyi kimi, bir milyondan artıq insan iştirak edir”.

Bundan əvvəl Rusiya DİN iştirakçıların sayının 800 min olması barədə məlumat vermişdi.

Mitinqdə çıxış edənlər arasında respublikanın rəhbəri Ramzan Kadırov, Mahaçqala və Qroznının arxiyepiskopu Varlaam, Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin, xaricdən və Rusiyanın digər subyektlərindən dini nümayəndələr olublar.

Çıxışlar “Allahu Əkbər” sədaları ilə müşayiət olunub. Nümayiş camaat namazı ilə başa çatıb.

Tədbirin təşəbbüskarı kimi terrorun istənilən formasını pisləyən respublikanın dini rəhbərliyi çıxış edib. Şənbə günü “İslam terrorizmə qarşı” adı altında mitinq Maqasda (İnquşetiya) keçirilib. Tədbirdə 20 mindən artıq insan iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2354814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR