"Qarabağ" bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyununa çıxacaq. Ağdam təmsilçisi Sloveniyada "Olimpiya"sı ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Metbuat.az "Sportinfo.az"a istinadən bildirir ki, Azərbaycan çempionu Avroliqanın qrup mərhələsinə vəsiqə əldə edərsə, futbolçularının qazancı xeyli artacaq. "Olimpiya"nı mübarizədən kənarlaşdırmağın qarşılığında 30 min dollar civarında irəli düşəcəklər.
Maraq üçün deyək ki, deyək ki, "Qarabağ" rəhbərliyi ən böyük mükafatı 6 il öncə, düz bu gün ödəyib.
2017-ci il, avqustun 24-də «Kopenhagen»lə pley-offun cavab matçına çıxan "köhlən atlılar" Danimarkada 1:2 hesablı məğlubiyyətə rəğmən, tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. O zaman oyunçulara 50 min manat verilmişdi.