Ançelotti prezidentin qadın futbolçunu öpməsindən danışdı

“Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yay transfer mövsümünü bağladıqlarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Ancelotti bildirib ki, o, yeni oyunçunun gəlməsi ehtimalını istisna edir. Ançelotti hazırkı heyətdən razı olduğunu və təcrübəli, motivasiyalı və həyəcanlı komandaya sahib olduqlarını bildirib.

Dünya çempionu olan qadınlardan ibarət İspaniya millisinin qadın futbolçusunu öpdüyünə görə istefası tələb edilən İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialeslə bağlı müzakirələrə cavab verən Ançelotti, “Həssas bir məsələdir. Rubialesin rəftarını bəyənmirəm. İstefası lazımdır? Mən buna qərar verə bilmərəm” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR