Karlsen 1-ci, Nicat Abasov 4-cü oldu - Dünya Kuboku yekunlaşdı

Bakıda keçirilən şahmat üzrə Dünya kuboku başa çatıb.

Metbuat.az xəbər verir ki, bu gün keçirilən tay-brek görüşlərindən sonra mükafatçılar müəyyənləşib. Finalda Norveçli Maqnus Karlsen hindistanlı Rameşbabu Praqqnanandha üzərində ümumilikdə 2,5:1,5 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov isə Dünya kubokunda 4-cü olub.

Qeyd edək ki, Dünya kubokunun üç qalibi Namizədlər Turnirində oynamaq hüququ qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR