"Yolların məqsədli şəkildə bloklanması qəbuledilməzdir" - Ceyhun Bayramov

Laçın yolundan Ermənistanın qanunsuz istifadə halları barədə belçikalı həmkarıma məlumat verdim. Bildirdim ki, Azərbaycan bunun qarşısını almaq üçün sərhəd-keçid məntəqəsi qurdu. Bundan sonrakı dönəmdə bunu həzm edə bilməyən Ermənistan təxribatlara əl atıb.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçikanın xarici işlər naziri Hadija Labib ilə birgə keçirdiyi brifinq zamanı deyib.

Yolların məqsədli şəkildə bloklanması kimi addımların qəbuledilməz olduğunu deyən nazir qeyd edib: “Bu, beynəlxalq normalara uyğun deyil. Laçın yolu məsələsinin siyasiləşdirilməsi doğru addım deyil”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR