“Qarabağ”ın matçı yerli kanallarda niyə yayımlanmadı?

“Olimpiya” - “Qarabağ” matçı canlı yayımlanmayıb.

Metbuat.az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün klub açıqlama yayıb. Bildirilib ki, “Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlandıra bilməyib.

Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır”, - məlumatda qeyd olunub.

***

Məsələ ilə bağlı “İdman Azərbaycan” kanalı da məlumat yayıb:

“Əziz izləyicilər, texniki problem səbəbilə “Olimpiya” – “Qarabağ” matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR