Mbappe tezliklə qərar verməsə, "Real" bunu edəcək

“Real Madrid” bu və ya gələn mövsüm Kilian Mbappeni transfer edə bilməsə, futbolçudan imtina edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə “Real” Mbappenin nümayəndələrinə bildirib. “El Debate”ın məlumatına görə, İspaniya təmsilçisinin rəsmiləri bildiriblər ki, klub iddialı hücumçu almaq istəyir. Buna görə də, Mbappe transferi bu və ya növbəti mövsümdə həll edilməlidir.

Məlumata görə, Mbappe transferi həllini tapmasa, “Real” başqa seçimləri nəzərdən keçirəcək.

Qeyd edək ki, PSJ klubu Kilian Mbappe ilə yeni müqavilə imzalamaq üçün razılığa gəldiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR