Bomba içki qabında olub, hər kəs huşunu itirib - Qəzanın DETALLARI

Britaniya mediası “Vaqner” lideri Yevgeni Priqojinin ölümünə səbəb olan hadisənin detalları barədə yazıb.

Metbuat.az xəbər verir ki, iddialara görə, qəza təyyarədə spirtli içki qabına qoyulmuş bombanın partlaması nəticəsində baş verib.

“Daily Mail”in əldə etdiyi uçuş məlumatlarına görə, son 30 saniyəyə qədər təyyarədə heç bir nasazlıq əlaməti müşahidə edilməyib. Spirtli içki qabına qoyulmuş bombanın işə düşməsindən sonra “Embraer 135 tipli” təyyarə hündürlüyünü itirərək yerə çırpılıb.

Məlumata görə, partlayışdan sonra təyyarədə olan hər kəs huşunu itirib və bu səbəbdən pilotlar fövqəladə vəziyyət barədə məlumat verə bilməyiblər. Görüntüləri şərh edən ekspertlər bildirir ki, təyyarənin quyruğunun füzelyajdan 5 kilometr aralıya düşməsi onun havada partladığını deməyə əsas verir.

Qeyd edək ki, təyyarənin havada olarkən eniş şassisi sahəsində baş verən partlayış nəticəsində yerə çırpılması Rusiya mətbuatı tərəfindən də gündəmə gətirilib.

İngiliz basınından bomba iddia: Prigojin'in uçağı alkollü içecek kasasına yerleştirilen bombanın patlaması sonucu düştü

İngiliz basınından bomba iddia: Prigojin'in uçağı alkollü içecek kasasına yerleştirilen bombanın patlaması sonucu düştü


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı