İlk dəmləmədə məlhəm olan pişikotunun faydaları

Dərman pişikotu — Valeriana officinalis 60-120 (200) sm hündürlükdə yerüstü gövdəyə malik, yarpaqlan lələkvari, ətli kökü olan çoxillik otdur. Ətirli ağımtıl-çəhrayı rəngli çiçəkləri yumşaq hamaşçiçəkdə toplanaraq iyul-avqust aylarında çiçək açır. Dərman pişikotu Azərbaycanda Böyük Qafqazın Quba rayonunda və Kiçik Qafqazın mərkəz və şimal hissələrində, Kür-Araz düzənliyində, aşağı dağ qurşaqlannda, subalp zonasının meşəliklərində, meşə açıqlıqlarında, nəmli və bataqlıq çəmənliklərində, quru sahələrdə yayılmışdır. Müalicə məqsədləri üçün kəskin xoş iyə malik köklərindən istifadə edilir.

Metbuat.az saglamolun.az-a istinadən pişikotunun faydalarını təqdim edir.

Pişikotunun köklərindən hazırlanan preparatlar sakitləşdirici, qıcolma, sidikqovucu, təzyiqi aşağı salan, ürək-damar sistemini nizama salmaqla yanaşı, tac damarların genişləndirilməsində istifadə edilir.

Tac damarlarının xronikipozuntuları, eləcə də taxikardiya zamanı. 1 xörək qaşığı doğranmış kökündən götürüb 1 stəkan qaynar suya töküb termosda 8 saat dəmlədikdən sonra süzün. Birinci 2 həftə ərzində gündə 3 dəfe stəkanın 1/3 hissəsi qədər, o birisi 2 həftə ərzində isə 2 xörək qaşığı, sonra 1 ay müddətində 1 xörək qaşığı qəbul edin. Bir ay arayerdikdən sonra müalicəni yenidən təkrar edin. Ürək nevrozunda, həmçinin ekzema, neyrodermit, örə xəstəliklərində, psoriazm aradan qaldırılması zamanı. 1 xörək qaşığı doğranmış kökündən götürüb-1 stəkan suya tökün və ağzını örtüb 6-8 saat dəmləyin.

Sonra dəmləmədən gündə 2-3 dəfe 1 xörək qaşığı qəbul edin. Mədə-bağırsaq spazmalarında, aybaşı pozuntuları, tniqren, klimaks zamanı. 1 çay qaşığı götürüb 1 stəkan qaynar suya tökün və su hamamının üzərinə qoyub 1,5 saat saxlayıb, soyudub süzün. Sonra stəkanı dolu vəziyyətə gətirib gündə 2 dəfə səhər və axşam stəkanın yarısı qədər qəbul edin. Axşamlar qəbul zamanı ekstraktm tərkibinə 1 çay qaşığı bal qatın.

Apteklərdə satılan pişikotunun kökündən hazırlanan spirtli cövhərindən ürək ağrılarında, nevrozda, həyəcanlanma zamanı, yuxusuzluğun aradan qaldırılması zamanı qəbul edin. Ürək-damar nevrozu, kəskin stresslərdə, taxikardiya, yuxusuzluq, tac damarların və bağırsaqların spazmaları zamanı. Kamfora və pişikotundan hazırlanan damcısından, tabletkasından istifadə etməyi məsləhət görürlər. 277

Diqqət! Pişikotu preparatlarından entrokolit zamanı qəbul olunması məsləhət görülmür. Dəmləmə və cövhərindən 15 gündən artıq qəbul edilməsinə icazə verilmir. Normadan artıq istifadə zamanı yuxusuzluq və iş qabiliyyətinin azalması hallan baş verə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR