"Qurd adam" kameraya düşdü - 5 ildir meşədə yaşayır

Almaniyada özünü cəmiyyətdən təcrid edərək meşədə tənha yaşayan şəxs kameralara tuş gəlib. Sakinlər onun 40 yaşlarında olduğunu deyirlər.

Metbuat.az "Bild" nəşrinə istinadən bildirir ki, yerlilər bu cür zahidləri (Dünya nemətlərindən qaçaraq həyatını ibadətə həsr edən dindar şəxs) "canavar adam" adlandırırlar.

Məlumatda qeyd edilib ki, zahid artıq 5 ildir meşədə yaşayır. Yaxınlıqda yaşayan sakinlər meşədə daim ibtidai yaşayış məskənləri gördüklərini deyirlər.

Sakinlərdən ikisi Halberştadt şəhərində yerləşən mağaraya gedərkən çılpaq bir kişi görüblər. Zahid sakinləri görüb və dəqiqələrlə onları izləyib:

"Biz mağaralara çatanda qarşımızda canavar adam gördük. O, qayalardan birinin üstündə dayandı, əlində nizəyə oxşar uzun bir çubuq var idi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR