Uçuşdan öncə bu baş veribmiş - Telefon danışığı ÜZƏ ÇIXDI

Yevgeni Priqojinin qəzaya düşdüyü təyyarədə yeganə qadın olan stüardessa Kristina Raspopovanın son telefon danışığı üzə çıxıb.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, o, qəzadan əvvəl qohumu ilə danışın. 39 yaşlı Kristina deyib ki, təyyarədə müəmmalı təmir işləri aparılır və bu işlər əvvəlcədən planlaşdırılmayıb.

Təmir işləri təcili olaraq yekunlaşdırılıb və uçuş baş tutub.

Xatırladaq ki, "Vaqner" özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin 23 avqustda təyyarə qəzasında ölüb.

Həmçinin oxu: Priqojinin təyyarə qəzasında öldüyü təsdiqləndi - RƏSMİ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı