Yeni müharibənin astanasında - 3 ölkə güclərini birləşdirdi

Niger, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin mümkün hərbi müdaxiləsinə qarşı Burkina Faso və Malinin sərhədlərinə girməsinə icazə verib.

Metbuat.az xəbər verir ki, bu barədə Niger Xarici İşlər Nazirliyinin baş katibinin müavini Oumarou İbrahim Sidi açıqlama verib. Onun bəyanatına görə, mümkün hərbi müdaxiləyə qarşı Burkina Faso və Mali Nigerə dəstək olmaq üçün ölkəyə qoşun göndərə bilər. Oumarou İbrahim Sidinin dövlət televiziyasında oxuduğu bəyanatda Burkina Faso və Malinin Niger ərazisinə müdaxilə etməsinə icazə verən sazişin imzalanmasından məmnun olduğu qeyd edilib.

Qeyd edək ki, Mali xarici işlər naziri Abdoulaye Diop və Burkina Faso xarici işlər naziri Olivia Rouamba Niameydə olub və Vətəni Müdafiə Milli Şurası adlı keçid hökumətinin lideri general Abdurrahmane Tchiani ilə görüşüblər. Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi hərbçiləri hakimiyyəti təhvil verməyə çağırmışdı. Əks halda Təşkilat Nigeri hərbi müdaxilə ilə hədələyib. Burkina Faso və Mali Nigerə hərbi müdaxiləyə qarşı çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR