"Priqojini Putin öldürüb?" sualına Kremldən qəti cavab

Kremlin sözçüsü Dmitri Peskov “Vaqner” muzdlularının lideri Yevgeni Priqojinin ölümü ilə bağlı hadisə barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, Peskov Qərbin Priqojinin Putinin göstərişi ilə öldürüldüyünə dair iddiaların əsassız olduğunu deyib. "Priqojin Putinin əmri ilə öldürülüb?" sualına, “Bu iddialar tamamilə yalandır” deyə cavab verib.

Təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmanın davam etdiyini qeyd edən Peskov Putinin Priqojinlə son vaxtlar görüşmədiyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı