Putin Priqojinin dəfn mərasimində iştirak etməyəcək?

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” muzdlularının lideri Yevgeni Priqojinin dəfn mərasimində iştirak etməyə bilər.

Metbuat.az xəbər verir ki, Kremldən verilən açıqlama bu iddianı gündəmə gətirib. Kremlin mətbuat katibi Dmitri Peskov bununla bağlı suala diqqətçəkən cavab verib.

Rusiya liderinin Priqojinin dəfn mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı suala Kremlin sözçüsü belə cavab verib:

“Bunu demək çətindir, Putinin çox sıx qrafiki var”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR