"Onu məhv edərəm" - Dünyanın ən gözəl idmançısı

Dünyanın ən gözəl idmançısı seçilən yüngün atlet Alisa Şmidt norveçli ulduz futbolçu Erlinq Haalandla yarışmaq istəyir.

Metbuat.az xəbər verir ki, alman idmançı atlet 23 yaşlı oyunçunu yarışmağa dəvət edib. O, bildirib:

"Haalandı 200 metr məsafəyə qaçışda məğlub etmək çox çətindir. Amma 400 metrdə onu məhv edərəm. Haalandla qaçmağı çox istəyərəm. Özümü belə yaxşı futbolçu ilə müqayisə etmək möhtəşəm olar. Haalanda dəvət göndərməyi düşünürəm. Mən belə bir qarşılaşmaya hər zaman hazıram. Hətta ilk dəvətimi buradan edirəm: Erlinq, gəl yarışaq, hansımızın daha sürətli olduğunu öyrənək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR