Azərbaycanlı futbolçu dəfn edildi - FOTO

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan futboluna ağır itki üz verdi. Azərbaycan milli komandasının sabiq üzvü Şəhriyar Rəhimov uzun sürən xəstəlikdən sonra müalicə aldığı Türkiyədə dünyasın dəyişib.

Metbuat.az "Sportinfo.az"a istinadən bildirir ki, "Rəvan", AZAL, "Karvan", "Kəpəz", "Səbail" və "Zirə" kimi klublarda çıxış etmiş Rəhimovla bu gün yaşadığı binada vida mərasimi keçirilib. Mərhumla vida mərasimində ailə üzvləri ilə yanaşı AFFA, Peşəkar Futbol Liqasının rəsmiləri eləcə də digər klubların nümayəndələri və çox sayda futbolçu iştirak edib.

Şəhriyar Rəhimov Xırdalan qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimindən çəkilən fotoları sizə təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR