"Dəfninə ona görə getmədim ki..." - Dadaşova mərhum həyat yoldaşından DANIŞDI

Müğənni Lalə Dadaşova həyat yoldaşı, mərhum xanəndə Elçin Cəlilov haqda açıqlamalar edib.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, o, Elçin Cəlilovun narkotikə görə avtomobillərinin, evini əlindən getdiyini bildirib.

Lalə Dadşova E.Cəlilovun həmin vaxtlar cəmiyyətdə reputasiyasını itirdiyini vurğulayıb: "Narkotik heç kimə baş ucalığı gətirməyib. Məclislərə gedirdi, biri onun üzünə gülürdüsə, digərləri arxasınca danışırdı. Elçinə qardaşı Yusif narkotik vermişdi. Bunu mənə bacımın oğlu dedi. Elçini belə itirdik. "Üç" mərasiminə getdim. Mənim üçün çox çətin idi. Dəfnində iştirak edə bilməzdim. İstəyirdim, yadımda necə varsa, elə də qalsın".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı