Kainatın ağıllı bürcləri - Qərarları məntiqlə verirlər

Astrologiyada hər bürcün fərqli xüsusiyyətləri var. Onların bəziləri ağılları ilə, bəziləri isə duyğuları ilə hərəkət etməyə üstünlük verirlər.

Metbuat.az əsasən zəkaları ilə seçimlər edən bürclər haqqında məlumatı təqdim edir:

Əqrəb

Bu bürc ən ağıllı bürclər arasında birinci yerdədir. Həyatlarını həmişə plan üzərində qururlar. Əqrəb üçün nə qədər diqqət çəkmələri və ya nə qədər sevildikləri önəmli deyil. Onları kimin nə düşündüyü maraqlandırmır. O, yalnız sevdiyi insanların qayğısına qalır. Həmişə rasional olduqları üçün duyğuları ilə hərəkət etdikləri görünmür. Ona görə də həmişə uğur qazanırlar.

Əkizlər

Əkizlər bürcü astrologiyanın ən sosial aktiv bürclərindən biridir. Onların heyrətamiz zəkaları var. Maraqlı zarafatlar edir və hamını güldürürlər. Əkizlər diqqətli və geniş informasiyaya malik olurlar. Hər mövzuda onlarla diskussiya aparmaq rahat olur. Daima araşdırmaq, yeni məlumatlar toplamaq Əkizlərin əbədi hobbisidir. Çıxılmaz vəziyyətə düşəndə Əkizlər sakitliyini qoruya biləcəyi təqdirdə çox ağıllı qərarlar verə bilər. Yumor hissi olan Əkizlər ilə bir an belə darıxmayacaqsınız.

Qoç

İddialı bürclər arasında liderlik edən Qoç bürcü insanları məqsədlərinə çatmaq üçün həmişə yorulmadan çalışırlar. Qoçlar bunu edərkən həyatı çox da ciddiyə almırlar. Özünə zərər vermir. Çünki Qoç həmişə özü üçünən yaxşı nəyin olduğunu yaxşı bilir. Zəkaları hər kəsi özünə cəlb edən Qoçlar çətinlik çəkən hər kəsə kömək etməyə tələsirlər. Qoç bürcü hər şeyin öhdəsindən ağıl gücü ilə gəlməyi bacarırlar.

Tərəzi

Tərəzi ən ahəngdar və balanslı bürc kimi tanınır. Bundan əlavə Tərəzilər yüksək zəkaya malikdirlər. Onların ədalət hissi çox inkişaf edib. Xüsusən də kişi Tərəzilər kiməsə zərər verməmək üçün əllərindən gələni edirlər. Qadın Tərəzilər bir çox hallarda xüdbinlikləri ilə tanınsalar da, ağılla hərəkət edən zaman həmişə öndə olmağı bacarırlar.

Şir

Daha çox emosional insanlar sayılsalar da, onlar hisslərini bir kənara qoymağı və yalnız ağılları ilə hərəkət etməyi bilirlər. Şirlər seçimlərində ağıla üstünlük verdikləri təqdirdə hər məsələdə şans onların yanında olacaqdır.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR