Lentsov sülhməramlıların komandanı vəzifəsindən gedir?

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Aleksandr Lentsovun vəzifəsindən uzaqlaşdırılacağı iddia edilir.

Metbuat.az xəbər verir ki, bu barədə ermənilərə məxsus teleqram kanalları məlumat yayıb.

Qeyd olunub ki, onun yerinə yeni komandan təyin ediləcək.

Erməni kanalları sülhməramlıların yeni komandanı kimi general-mayor Kirill Kulakovun gətiriləcəyini iddia edir.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəyə general-leytnant Rüstəm Muradov, Mixail Kosobokov, Andrey Volkov gətirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR