Erməni hərbçi əvvəlcə yanındakı əsgəri, sonra özünü güllələyib - YENİLƏNİB

Ermənistanın İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsi naməlum şəraitdə ölən 2 əsgərlə bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, məlumata görə əsgərlər arasında mübahisə yaranıb. Belə ki, Armen Xaçatryan əvvəlcə Artem Haykazyanı, sonra isə özünü çənəsindən güllələyib.

***

11:46

Ermənistanda hərbi hissələrdən birinin 2 hərbçisi qeyri-müəyyən şəraitdə ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası nəticəsində ölüblər.

Hadisə ilə bağlı araşdırma başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR