Paraqvaylı oyunçu "Neftçi"də - RƏSMİ

“Neftçi” paraqvaylı futbolçu Dieqo Qabriel Valdes Samudionu transfer edib.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı oyunçu “ağ-qaralar”la 1+1 il şərti ilə müqavilə bağlayıb. Valdes yeni komandasında 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dieqo Valdesin son klubu ölkəsində “Qvayrenya” olub. Orta sahə oyunçusu 2019-cu ildə Peru ilə yoldaşlıq görüşündə Paraqvay millisinin heyətində meydana çıxıb.

Xatırladaq ki, "Neftçi" bundan əvvəl Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaşa, Qara Qarayev, Ervin Koffi, Andre Sinyaşiki, Aaron Samuel Olanareni transfer edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR