​“WhatsApp”da vacib yenilik - Seçim etmək olacaq

“WhatsApp” HD şəkil göndərmə funskiyasını istifadəyə verəndən sonra HD video göndərmə funksiyasını da istifadəyə verib.

Metbuat.az xəbər verir ki, artıq istifadəçilər bir-birinə HD videolar göndərə bilərlər. “TechCrunch”portalının məlumatına görə, “WhatsApp” HD video dəstəyinin həm iOS, həm də Android istifadəçiləri üçün əlçatan olduğunu açıqlayıb.

Bildirilir ki, “WhatsApp”da əvvəllər 480p formatında göndərilən videolar indi HD formatında göndərilə bilər. İstifadəçilər videonu HD formatında göndərmək üçün videonu seçdikdən sonra ekranın yuxarı hissəsindəki HD seçimini seçməlidirlər.

Sonra göndərmə seçimi seçiləcək və sözügedən video HD formatında göndəriləcək. Məlumatda deyilir ki, istifadəçi aşağı sol tərəfdəki HD nişanı vasitəsilə göndərilən videonun HD olduğunu öyrənə biləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR