Bakıdan göndərilən humanitar yardım Ağdam-Xankəndi yoluna çatıb - YENİLƏNİB

Bakıdan Xankəndiyə yola salının humanitar yük avtomobilləri Ağdama çatıb.

Metbuat.az "APA"ya istinadən xəbər verir ki, 40 ton un yüklənmiş iki avtomobil Ağdam-Xankəndi yolunun başlanğıcındadır.

Avtomobillərin Ağdam-Xankəndi yolu ilə hərəkət etməsi planlaşdırılır.

Yük Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilib. Novruz Aslan bildirib ki, Cəmiyyətin rəhbər işçiləri və könüllüləri humanitar yükün Xankəndiyə çatdırılması üçün səfərbər olub.

Onun sözlərinə görə, ilkin mərhələdə 40 ton un məmulatlarının göndərilməsi nəzərdə tutulub, ehtiyac olduğu təqdirdə Qarabağda yaşayan erməni əhali üçün əlavə yardımlar göndərilə bilər.

09:30

Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün iki maşın humanitar yük yola salınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan məlumat verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR