Rəsmi: Putin Priqojinin dəfninə getməyəcək

Rusiya Prezidenti Vladimir Putin "Vaqner" rəhbəri Yevgeni Priqojinin dəfnində iştirak etməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalsitlərə açıqlamasında bildirib.

Xatırladaq ki, Rusiya rəsmilərinin məlumatına görə, Priqojin Moskvadan Sankt-Peterburqa yola düşmüş "Embraer" şəxsi biznes təyyarəsinin qəzaya uğraması nəticəsində ölən 10 nəfərdən biri olub. Priqojinin şəxsi təyyarəsi avqustun 23-də Moskvanın şimal-qərbində yerə düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR