İki nəhəng dövlət birləşə bilər

Avstraliya və Yeni Zelandiyanın birləşməsi gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, Yeni Zelandiyanın siyasətçiləri hökuməti Avstraliya ilə birləşməyi nəzərdən keçirməyə çağırıblar. Leyboristlər Partiyasının deputatı Jamie Strange, ölkəsinin Avstraliya əyaləti olmaq təklifinə yenidən baxmağı təklif edib.

“Hər dəfə Avstraliyaya səfər edəndə tez-tez düşünürəm: Avstraliya və Yeni Zelandiya bir ölkə olacaqmı? Əslində texniki baxımdan, Yeni Zelandiyanın öz konstitusiyasına əsasən Avstraliyaya qoşulmaq seçimi hələ də açıqdır” - deyə o bildirib.

Keçmiş baş nazirin müavini Barnabi Coys Yeni Zelandiyanın Avstraliya federasiyasına qoşulması barədə çağırışları dəstəkləyib.

Yeni Zelandiya İşçi Partiyasından istefa verən deputat Ceymi Strange bildirib ki, Yeni Zelandiya Avstraliya ilə birləşməyi nəzərdən keçirməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR