Giləzi-Xızı avtomobil yolunda sel sularının yaratdığı problem aradan qaldırılıb

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti avtomobil yollarında bir-sıra fəsadlara səbəb olub.

Belə ki, leysan xarakterli yağışlar nəticəsində ötən gecə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə sel suları özü ilə bərabər qum, palçıq və daşlar gətirib. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a bildirilib ki, sözügedən yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Gecə saatlarında yolda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR