Azərbaycanda bankomatların və POS-terminalların sayı artıb

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə ölkədəki bankomatların sayı 2.6 faiz, POS-terminalların sayı 17.1 faiz artıb.

Metbuat.az Mərkəzi Banka istinadla xəbər verir ki, iyulun 31-nə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 486, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,015 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3 faiz və ya 78 nəfər artaraq 23,319 nəfər təşkil edib. Ümumilikdə son 1 ildə bank sektorunda çalışanların sayı 7.3 faiz və ya 1,590 nəfər artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR