Unun keyfiyyət sertifikatı sülhməramlılara təqdim edildi

Bakıdan Xankəndiyə göndərilən un məlumatlarının keyfiyyət sertifikatı var.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.

"Biz sertifikatın rus dilində olan versiyasını da Rusiya sülhməramlılarına təqdim etmişik. Hazırda gözləmə mövqeyindəyik. Bu vaxta qədər vəziyyətdə hələ heç bir dəyişiklik yoxdur”, - o bildirib.

    Qeyd edək ki, ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı