Azərbaycan "Uşaq Avroviziyası-2023"də iştirak etməyəcək - ÖZƏL

Avropa Yayım Birliyi və Fransa Televiziyaları noyabrın 26-da Fransanın Nitsa şəhərində keçirilən "Junior Eurovision Mahnı Müsabiqəsi"ndə iştirak edəcək 16 ölkənin açıqlayıb.

Metbuat.az xəbər verir ki, siyahıda adıçəkilən ölkələr sırasında Albaniya, Ermənistan, Estoniya, Fransa, Gürcüstan, Almaniya, İrlandiya, İtaloya, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, İspaniya, Birləşmiş Krallıq və Ukrayna yer alıb. Azərbaycanın adı isə siyahıda yer almayıb.

Məsələ ilə bağlı Azərbaycanın Avroviziyada nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova ilə əlaq saxladıq. Qurum rəsmisi Metbuat.az-ın sorğusuna cavab olaraq bildirdi ki, bu il Azərbaycan müsabiqədə iştirak etməyəcək: "Doğrudur, Azərbaycan bu il uşaq Avroviziya müsabiqəsinə qatılmayacaq".

Qeyd edək ki, Azərbaycan bu müsabiqədə ilk dəfə 2012-ci ildə iştirak edib. Azərbaycanın ilk Uşaq Avroviziyasındakı ilk təmsilçiləri İctimai Televiziya tərəfindən seçilən Ömər Sultanov və Suada Ələkbərova olub. Onlar "Girls and Boys (Dünya Sənindir) adlı mahnı ilə çıxış edərək 11-ci yerdə qərarlaşıblar. 2013-cü ildə ölkəmizi Rüstəm Kərimov "Me and My Guitar" (Mən və gitaram) mahnısı ilə təmsil edərək 7-ci yerdə qərarlaşıb. 2018-ci ildə isə Fidan Hüseynova "I Wanna Be Like You" (Sənin kimi olmaq istəyirəm) mahnısı ilə 16-cı yeri tutub. Azərbaycan müsabiqədə ən son 2021-ci ildə Sona Əzizovanın ifa etdiyi “One of Those Days” mahnısı ilə iştirak edərək 151 xalla 5-ci yerde qərarlaşıb.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR