Qurana hücumlar edən Momikanın hesabı bağlandı

Tiktok İsveçdə Qurani-Kərimə hücumları ilə tanınan İraq əsilli Salvan Momikanın hesabında pul qazanma funksiyasını bağlayıb.

Metbuat.az xəbər verir ki, tiktok rəsmiləri Momikanın hesabının monetizasiya funksiyasının deaktiv edildiyini bildiriblər.

Ölkənin rəsmi xəbər agentliyi TT-yə açıqlama verən Momika tiktokda canlı yayımladığı Qurana hücum videolarının bir milyondan çox izləyiciyə çatdığını bildirib. Canlı yayımda Tiktokdan 1 saat ərzində 100 ilə 300 dollar arasında qazandığını qeyd edən Momika, başqa gəlirinin olmadığını ifadə edib.

Qeyd edək ki, İsveçdə Qurana hücumlara qarşı cəzaların tətbiq edilməsi gündəmdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı