Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb

Bakıda yol qəzası baş verib.

Metbuat.az NİİM-ə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Heydər Əliyev prospektində, "Excelsior" otelin qarşısında baş verib. Bu səbəbdən də mərkəz istiqamətində sıxlıq var.

Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.

Bununla yanaşı, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi, eləcə də Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində yolda nasaz avtomobillərin qalması səbəbindən sıxlıq yaranıb.

Sıxlıq metronun “20 Yanvar” stansiyası istiqamətində yaşanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR