ABŞ Azərbaycana minaxtaran itlər verib

ABŞ-dan Azərbaycana minaxatran itlər gətirilib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında bildirilib.

"ABŞ tərəfindən maliyyələşdirilən "Marshall Legacy" (MLİ) QHT tərəfindən təqdim edilən daha altı minaaxtaran it bu yaxınlarda Azərbaycana gətirilib.

Bu yeni ianə xüsusi əhəmiyyət kəsb edir, çünki bununla MLİ-nin minalardan zərər çəkmiş ölkələrə verdiyi itlərin sayını 300-ə çatır.

Verilən itlərin 81-i yalnız Azərbaycana göndərilib. Boka, Byanka, Flex, Lex, Stela və Tiger Pride II ANAMA ilə birlikdə əhəmiyyətli işlərə başlayır!" - paylaşımda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR