ÇL Azərbaycanda bu kanalda da yayımlanacaq

2023/2024 mövsümündə Çempionlar, Avropa və Konfrans Liqalarının oyunları İctimai Televiziyada da yayımlanacaq.

Metbuat.az xəbər verir ki, bu barədə telekanalın sosial şəbəkə hesabında paylaşım edilib. Yayılan açıqlamada bildirilir:

“Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı CBC Sport telekanalı ilə əldə etdiyimiz razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçirilən görüşlər İctimai Televiziyanın canlı efirində futbol həvəskarlarına təqdim olunacaq. Anlaşmaya əsasən hər oyun həftəsində 3 qarşılaşma telekanalımızda canlı yayımlanacaq".

Qeyd edək ki, bu gün Çempionlar Liqasının cavab pley-off qarşılaşmaları çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) - “Rakov” (Polşa) oyununu da saat 23:00-dan başlayaraq İctimai Televiziya vasitəsilə izləyə bilərsiz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR