Hərbi çevrilişin baş verdiyi Qabonda sakinlər meydanlara çıxdı

Mərkəzi Afrika ölkəsi Qabonda bir qrup yüksək rütbəli hərbçi “Qabon 24” televiziyasında çıxış edərək hökuməti ələ keçirdiklərini açıqlayıb.

Metbuat.az xəbər verir ki, əsgərlərin hakimiyyəti ələ keçirməsindən sonra minlərlə Qabon sakini küçələrə çıxaraq bayram edib.

Qeyd edək ki, hərbçilərin dövlət televiziyasında oxuduqları bəyanatda "Müdafiə və təhlükəsizlik qüvvələri olaraq, Qurumların Keçid və Bərpa Komitəsində birləşmişik. Qabon xalqı adından mövcud rejimə son qoymaqla sülhü müdafiə etmək qərarına gəldik” deyə qeyd edilib.

Əsgərlər seçkinin nəticələrini etibarsız sayacaqlarını və ölkə sərhədlərini bağlayacaqlarını açıqlayıblar. Hərbçilər, həmçinin hökuməti, Senatı, Milli Məclisi, Konstitusiya Məhkəməsini, İqtisadi, Sosial və Ətraf Mühit Şurasını və Qabon Seçki Şurasını buraxacaqlarını açıqlayıblar.

Qeyd edək ki, Mərkəzi Afrika ölkəsi Qabonda 800 mindən çox qeydiyyatdan keçmiş yerli seçici qanunvericiləri, milli assambleya üzvlərini və növbəti prezidenti müəyyən etmək üçün seçkilərdə səs verib. Hazırki Prezident 64 yaşlı Qabon prezidenti Əli Bonqo Ondimba üçüncü dəfə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR