Ronaldodan yeni qol sevinci - VİDEO

Səudiyyə Ərəbistanı Pro Liqasının 4-cü turunda “Əl-Nəssr”in “Əl-Şəbab”ı 4:0 hesabı ilə məğlub etdiyi oyunda Kriştiano Ronaldo yeni qol sevincini nümayiş etdirib.

Metbuat.az xəbər verir ki, oyunda 2 qol və 1 məhsuldar ötürmə edən Ronaldo sevincini fərqli formada qeyd edib. Ronaldo bir qoldan sonra “Siuuu” sevinci əvəzinə ənənəvi Səudiyyə rəqsini ifa edib.

Qeyd edək ki, Kriştiano Ronaldo oyundakı hər iki qolu penalti zərbəsi ilə qapıdan keçirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR