Mourinyonu oynatdılar (VİDEO)

Mourinyonu oynatdılar (VİDEO)
16:06 19 Yanvar 2015
120 İdman
Ölkə mətbuatı
A- A+

"Real" (Madrid) futbol klubunun keçmiş baş məşqçisi Joze Mourinyo hind mahnısına oynayıb.

ANS PRESS-in məlumatına görə, ingilis futbolsevərlər onun rəqs edən videosunu hazırlayıblar. Videoda "Çelsi" futbol klubunun meneceri Mourinyo guya "Mançester Siti"nin "Arsenal"a uduzmasına sevindiyi üçün oynayır.

Futbolsevərlər videonu internetdə "Mourinyo, yəqin ki, xoşbəxtdir" adı ilə paylaşıblar.

Qeyd edək ki, "Mançester Siti"nin "Arsenal"a 2:0 hesablı uduzması ilə "Çelsi" ilə "Mançester Siti" arasında xal fərqi 5-ə çatıb. Bununla da 52 xalı olan "Çelsi" siyahıya liderlik edir.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=320494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR