Türkiyənin qadın voleybolçuları Avropa çempionatının yarımfinalında

Türkiyənin qadın voleybolçuları Avropa çempionatının yarımfinalına yüksəliblər.

Metbuat.az xəbər verir ki, Türkiyə yığması avqustun 30-da Brüsseldə keçirilən yarımfinal qarşılaşmasında Polşa millisini hər üç setdə (25:23, 25:22 və 25:19) məğlub edərək beşinci dəfə adını yarımfinala yazdırıb.

Yarımfinalda Türkiyə millisinin rəqibi İtaliya voleybolçuları olacaq. İki komanda sentyabrın 1-də Brüsseldə üz-üzə gələcək. Çempionatın final matçı da sentyabrın 3-də Brüsseldə keçiriləcək.

Belçika, Estoniya, Almaniya və İtaliyanın birgə ev sahibliyi etdiyi 33-cü Avropa çempionatında 24 komanda 4 qrupda mübarizə aparıb. C qrupunda yer alan qardaş ölkənin voleybolçuları Almaniyada oynadığı qrup matçlarının beşində də qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıblar. Səkkizdəbir finalda Belçikanı 3:1 hesabı ilə məğlubiyyətə uğradan Türkiyə voleybolçuları dörddəbir finala yüksəliblər.

Xatırladaq ki, 2017-ci ildə qadın voleybolçular arasında 30-cu Avropa çempionatına Azərbaycan və Gürcüstan birlikdə ev sahibliyi edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR