"Arayik Arutyunyan yaxın saatlarda istefa verəcək" - Hraparak

Qarabağdakı qondarma rejimin "rəhbəri" Arayik Arutyunyanın yaxın saatlarda istefa verəcəyi iddia edilir.

Metbuat.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb. Bildirilib ki, onunla bərabər "dövlət naziri" Qurgen Nersisyan yaxın iki saat ərzində istefa verəcək.

Nəşr həmçinin qeyd edib ki, Arutyunyanı "Təhlükəsizlik Şurasının" katibi Samvel Şahramanyan əvəz edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR