Şimali Koreya ABŞ-a nüvə təlimi ilə cavab verdi

Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə təşkil etdiyi “Ulchi Freedom Shield” hərbi təliminə cavab olaraq ballistik raketlər atıb.

Metbuat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi KCNA məlumat verib. Bildirilir ki, Şimali Koreya ABŞ və Cənubun birgə təşkil etdiyi təlimə cavab olaraq 2 ballistik raket atıb. Xəbərdə deyilir ki, təlimlər Şimal Koreyaya qarşı təhdiddir və buna cavab olaraq Pxenyan taktiki nüvə hücumu təlimi həyata keçirib.

Cənubi Koreya ordusu da Şimali Koreya Xalq Ordusunun Pxenyan Beynəlxalq Hava Limanından şimal-şərq istiqamətində 2 ballistik raket atdığı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR