Rövşanə Ağasəfqızı "Space Tv"dən ayrıldı

Tanınmış aparıcı Rövşanə Ağasəfqızı "Space Tv"dən ayrılıb.

Metbuat.az bildirir ki, aparıcı bu barədə sosial şəbəkədə yazıb:

"Bu gündən çox uzun illər çalışdığım "Space" TV ilə yollarım ayrıldı. Artıq söz yazmayacağam, nə isə söyləməyəcəyəm. Hamımıza uğurlar. İş təkliflərini bu gündən dəyərləndirmək olar".

Qeyd edək ki, aparıcı "Space Tv"də 11 il çalışıb, ARB-yə getdikdən sonra, bu ilin əvvəlində yenidən kanala qayıtmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR